Oftalmologiya

Oftalmologiya

Göz xəstəlikləri bölümü. Texnologiyanın bilik və təcrübə ilə ahəngi!
Göz bir orqan olaraq daxili quruluş baxımından ən mürəkkəb, möcüzəli orqanımızdır. Gözə baxarkən Allahın möcüzəsi, onun xəstəliklərinin diaqnostikası üçün istifadə olunan cihazlara baxarkən isə insan zəkasının məhsulu olan texnologiyanın mükəmməlliyi qarşısında təsirlənməmək mümkün deyil. Klinikamızın oftalmologiya şöbəsində Göz xəstəliklərinin müayinə və müalicəsi ən müasir standartlara cavab verən bütün növ diaqnostik və müalicəvi cihazlarla yüksək səviyyədə həyata keçirilir. Klinikamızda mövcud olan Oftalmoloji Mərkəz ölkənin ən yaxşı təchizatlı mərkəzlərindən biridir, bölgələrdə analogu olmayan avadanlıqları ilə klinikamızın qürur mənbəyidir!Ən müasir oftalmoloji biomikroskoplarla yanaşı OCT (NIDEK RS 330), Topoqrafiya (Sirius), Arqon və YAG lazer (ELLEX), Autokeratorefraktometr (TOPCON, NIDEK), Autokeratopaximetr (TOPCON, NIDEK) və.s kimi cihazlarla diaqnostika və Kataraktanın Fakoemulsifikasiyası cərrahiyəsi (CENTURION Silver Alcon), Ekzimer Lazer (Alcon Wave Light Allegretto), Retina əməliyyatları (Constellation LXT CR5; ZEISS OPMI LUMERA 700) da daxil olmaqla müasir oftalmologiyanın bütün sahələri tətbiq edilir.
Uzun illər iş təcrübəsinə malik tanınmış yerli həkimlərdən və oftalmologiyanın yeni sahələri ilə əlaqədar paytaxtdan və xaricdən dəvət olunmuş həkimlərdən ibarət mükəmməl komanda ilə hər kəsin haqqı olan qüsursuz tibbi xidmət devizimiz altında çalışırıq.Gözlərinizin nurunu klinikamızın peşəkar həkimlərinə əminliklə əmanət edə bilərsiz! Oftalmologiya bölümümüz respublikada ən yaxşı təchizata malik mərkəzlərdən biridir. Bunu hər zaman qürurla vurğulayırıq.
Sağlıq hər kəsin haqqıdır!!!