Oftalmologiya - Cərrah əməliyyatları

Blefaroplastika əməliyyatı

Blefaroplastika – üst və ya alt göz qapağında yaranan artıq dəri, piy yığıntısı və əzələ sallanması kimi problemlərin aradan qaldırılması üçün həyata keçirilən estetik-plastik əməliyyatdır. Bu əməliyyat nəticəsində baxışlar yenidən açılır, gözlərdəki yorğun və yaşlı görünüş təravət və simmetriya ilə əvəz olunur.

Bonum Medical-da Blefaroplastika əməliyyatları təcrübəli oftalmoloq cərrahlar  tərəfindən, ZEISS mikrocərrahiyyə optikası və yüksək dəqiqlikli alətlər vasitəsilə həyata keçirilir. Əməliyyat həm estetik, həm də funksional məqsədlərlə icra oluna bilər.


Əməliyyata ehtiyac olan hallar:

  • Yuxarı göz qapağında dərinin artıq sallanması və qırışların dərinləşməsi

  • Alt qapaqlarda torbalanma və piy yığıntısı

  • Gözlərin "yorğun" görünməsi, yaşlı və halsız ifadə

  • Göz qapağının düşməsi səbəbilə görmənin məhdudlaşması

  • Göz makiyajının göz qapağında toplanması və narahatlıq

  • Ətraf toxumalarda asimmetriya və funksional gərginlik


Bonum Medical-da Blefaroplastika əməliyyatı necə aparılır?

  • Əməliyyatdan əvvəl göz qapaqlarının vəziyyəti və simmetriyası qiymətləndirilir

  •  Lokal və ya yüngül sedasiya altında, tam steril və təhlükəsiz şəraitdə icra olunu

  •  Üst qapaqda artıq dəri, piy və əzələ toxuması mikrocərrahiyyə texnikası ilə çıxarılı

  •  Alt qapaqda isə torbalanmış piylər çıxarılır və toxuma gərginliyi bərpa olunur

  • Tikişlər göz qapağının təbii qatına salınaraq izlər minimum səviyyəyə endirilir

  • Əməliyyat təxminən 40–60 dəqiqə davam edir

  •  Pasiyent eyni gün evə buraxılır və qısa müddətdə gündəlik həyata qayıdır


Blefaroplastika sadəcə estetik müdaxilə deyil, görmə funksiyasını yaxşılaşdırmaqla yanaşı, gündəlik həyat keyfiyyətinizi də yüksəldən bir prosedurdur.

 Bonum Medical-da peşəkar yanaşma və modern texnologiyalarla təhlükəsiz və effektiv nəticə əldə edin!