YAG lazer
YAG Lazer Terapiyası – Göz Daxili Patologiyaların Qeyri-invaziv Həlli
Bonum Medical klinikasında tətbiq olunan YAG (Yttrium-Aluminium-Garnet) Lazer müasir oftalmoloji müalicə üsullarından biridir və göz daxilindəki şəffaf strukturlarda yaranan patologiyaların aradan qaldırılması üçün təhlükəsiz və ağrısız üsul sayılır. Bu lazer cihazı spesifik kristallar vasitəsilə yüksək enerjili işıq şüası yaradır və həmin şüa dəqiq fokuslanaraq patoloji toxumalara yönləndirilir.
YAG Lazerin əsas tətbiq sahələri:
Arxa kapsulun bulanıqlığı (sekundar katarakta):
Katarakta əməliyyatından sonra bəzən süni büllurun yerləşdirildiyi kapsulun arxa hissəsində bulanıqlıq yaranır. Bu, görməni zəiflədir və ikincili katarakta adlanır. YAG lazer bu bulanıqlığı toxumaya toxunmadan və cərrahi müdaxiləyə ehtiyac olmadan aradan qaldırır.Şüşəvari cisimdə bulanıqlıqlar:
Bəzi hallarda göz içindəki şəffaf jelvari maddədə (şüşəvari cisimdə) "üzən nöqtələr" və ya bulanıqlıqlar yaranır. YAG lazer bu hissəcikləri mikroparçalayaraq görmə sahəsindəki maneələri aradan qaldırmağa kömək edir.Qapalı bucaq qlaukomanın profilaktikası və müalicəsi (İridotomiya):
YAG lazer vasitəsilə qüzehli qişada kiçik dəlik açılaraq göz daxili maye dövranı normallaşdırılır, bu isə göz daxili təzyiqin yüksəlməsinin qarşısını alır.
YAG Lazerin üstünlükləri:
Ağrısız və kontakt olmadan aparılır
Ambulator şəraitdə, çox qısa müddətdə (5–10 dəqiqə ərzində) həyata keçirilir
Cərrahi risklər olmadan effektiv nəticə verir
Əməliyyatdan sonra tez bərpa prosesi