İcbari Tibbi sığorta ilə klinikamızda müayinə və müalicə olmaq istəyən pasientlərə müjdə!
Artıq göndərişlərin verilməsi prosesi elektronlaşdırılıb. Planlı müayinə və müalicə üçün həkim və tibb müəssisəsi seçimi etmək pasiyentlərin ixtiyarına verilib. Belə ki, pasiyentlər qeydiyyatda olduqları tibb müəssisəsindən qeydiyyatdan keçərək sərbəst göndəriş aldıqdan sonra e-Tabib tətbiqi vasitəsilə müayinə və müalicə almaq istədikləri tibb müəssisəsini seçim edə bilərlər.
Pasiyentlər qeydiyyat prosesini tamamlamaqda çətinlik çəkdiyi hallarda əməkdaşlarımız tərəfindən onlara lazımi köməkliklərin göstərilməsi təmin ediləcəkdir. Eyni zamanda bildiririk ki, vətəndaşa avtomatik olaraq SMS vasitəsilə göndərilən birdəfəlik kodla da (yalnız vətəndaş tərəfindən görülə bilir) tibb müəssisəmizə müraciət edərək xidməti aktivləşdirə bilərlər.
Qeydiyyat prosesi ilə bağlı hər hansı çətinlik yarandığı təqdirdə klinikamızın qeydiyyat nömrələri ilə əlaqə saxlaya bilərsiz.
Sağlıq hər kəsin haqqıdır!
Bizimlə əlaqə⬇
☎️ +994 50 663 00 88
☎ +994 70 661 00 88
📍 Ünvan: Şəki şəh., Zərifə Əliyeva küç., 90.