Eksimer Lazer ( Eynəkdən azad olma)
Alcon WaveLight Allegretto cihazı ilə müasir görmə korreksiyası – bölgələrdə yalnız Bonum Medical-da!
Eksimer lazer əməliyyatı, gözlərin işıq şüasını düzgün fokuslaya bilməməsi nəticəsində yaranan miopiya (uzağı zəif görmə), hipermetropiya (yaxını zəif görmə) və astiqmatizm kimi refraksiya qüsurlarının aradan qaldırılması üçün dünyada "qızıl standart" sayılan cərrahi üsuldur. Əvvəllər bu pozğunluqlar yalnız eynək və kontakt linzalarla müvəqqəti şəkildə korreksiya edilirdisə, bu gün innovativ eksimer lazer texnologiyası ilə bu qüsurlar birdəfəlik və daimi şəkildə düzəldilir.
Bonum Medical klinikasında bu əməliyyat ən müasir və yüksək dəqiqlikli ALCON WaveLight Allegretto cihazı vasitəsilə icra olunur. Bu cihaz ABŞ və Avropada aparıcı refraktiv cərrahlar tərəfindən seçilən texnologiyadır və bölgələrdə yalnız Bonum Medical klinikasında mövcuddur.
Əməliyyatdan əvvəl nə baş verir?
Əməliyyatdan öncə pasiyent tam oftalmoloji müayinədən keçirilir:
Buynuz qişanın qalınlığı və əyriliyi xüsusi cihazlarla ölçülür
Topoqrafiya və tomoqrafik analizlər aparılır
Göz quruluğu və torlu qişa sağlamlığı qiymətləndirilir
Həkim tərəfindən uyğun əməliyyat metodu (LASIK, PRK və ya TransPRK) seçilir və şəxsi lazer ablasiyası xəritəsi hazırlanır
Bu fərdi planlama sayəsində maksimal dəqiqlik və pasiyentə uyğunlaşan müalicə əldə edilir.
Əməliyyat necə aparılır?
Lokal anesteziya (gözdə damcı şəklində uyuşdurucu) tətbiq olunur
Buynuz qişanın ön qatında incə, mikron səviyyəsində bir flap (qapaq) yaradılır
Flap qaldırıldıqdan sonra, ALCON lazer şüası saniyələr içində buynuz qişanın alt təbəqəsini modelləşdirir
Lazer işığı yalnız dəqiqliklə hesablanmış nöqtələrə yönəlir – bu, həm təhlükəsizliyi, həm də nəticənin keyfiyyətini artırır
Flap yenidən yerinə yerləşdirilir və təbii şəkildə sağalma prosesi başlayır
Bütün prosedur təxminən 10-15 dəqiqə çəkir və pasiyent eyni gün evə buraxılır.
Əməliyyatdan sonra nə baş verir?
Görmə dərəcəsi çox zaman elə əməliyyat günündən etibarən yaxşılaşmağa başlayır
Əksər hallarda pasiyent 1-2 gün ərzində adi həyatına qayıda bilir
Tam bərpa müddəti bir neçə həftə ərzində tamamlanır
Həkim tərəfindən nəzarət müayinələri və damcı müalicəsi təyin olunur
Eksimer Lazer Kimlər Üçündür?
18 yaşdan yuxarı və göz dərəcəsi son 1 ildə stabil qalan şəxslər
Miopiya, hipermetropiya və astiqmatizmdən əziyyət çəkənlər
Eynək və kontakt linzadan qurtulmaq istəyən, aktiv həyat tərzi keçirən insanlar
Peşəsi və ya həyat tərzi eynək istifadəsini çətinləşdirən şəxslər (idmançılar, hərbçilər, aktyorlar və s.)
Niyə Bonum Medical-da Eksimer Lazer?
ALCON WaveLight Allegretto – dünyada lazer görmə korreksiyası üzrə lider texnologiya
Tam fərdi yanaşma və qabaqcıl ölçmə cihazları ilə dəqiq planlama
Təcrübəli oftalmoloqlar və refraktiv cərrahlar
Bölgədə bu texnologiyaya malik yeganə klinika
Eynəkdən azad ol, həyat keyfiyyətini yüksəlt!
İllərlə yük kimi üzərində gəzdirdiyiniz eynəklərdən qurtulmağın vaxtıdır!
Eksimer Lazer əməliyyatı ilə daha sərbəst, aydın və rahat həyat – Bonum Medical-da mümkündür!