Oftalmologiya - Cərrah əməliyyatları

Pterigium əməliyatı

Pterigium – göz almasının ağ qişasından (sklera) başlayaraq buynuz qişaya (kornea) doğru irəliləyən, üçbucaq formalı ətli toxuma artımıdır. Xalq arasında buna “gözə ət gəlməsi” də deyilir. Bu vəziyyət estetik narahatlıqla yanaşıgörmənin pozulmasına, quruluğa və daimi qıcıqlanmaya səbəb ola bilər.

Bonum Medical klinikasında pterigium xəstəliyinin erkən aşkarlanması və müasir mikrocərrahi üsulla çıxarılmasıuğurla həyata keçirilir.


Pterigiumun yaranma səbəbləri:

  • Ultrabənövşəyi (UV) şüalara uzunmüddətli məruz qalmaq

  • Külək, toz və allergik təsirlər

  • Quru göz sindromu

  • Genetik meyillilik

  • Ətraf mühit və iqlim şəraiti (xüsusilə günəşli və isti bölgələrdə)


Əlamətlər:

  • Gözün burun tərəfdən buynuz qişaya doğru uzanan rəngli, ətli çıxıntı

  • Göz qızartısı, quruluq, batma hissi

  • Estetik narahatlıq və özgüvən problemi

  • Genişləndikcə astiqmatizm və görmə pozğunluğu


Bonum Medical-da Pterigium əməliyyatı necə aparılır?

Pterigiumun erkən mərhələlərdə müalicəsi damcılar və qoruyucu tədbirlərlə aparılsa da, irəliləmiş hallarda yeganə effektiv üsul onun cərrahi yolla çıxarılmasıdır.

Bonum Medical-da bu əməliyyat mikrocərrahi texnika ilə icra olunur:

  1. Lokal anesteziya ilə göz uyuşdurulur

  2. Pterigium toxuması tamamilə çıxarılır

  3. Qalıq boşluq öz toxumanızdan götürülən konjonktiva flebi ilə örtülür

  4. Öz-özünə sorulan tikişlər və ya xüsusi yapışdırıcı (fibrin yapışqan) ilə yerinə bərkidilir

  5. Qoruyucu kontakt linza taxılır və gözə müalicəvi damcılar təyin olunur


Müasir əməliyyat texnikasının üstünlükləri:

  • Əməliyyat qısa müddətdə (15–30 dəq.) və ağrısız keçirilir

  • Təkrarlanma (residiv) riski minimaldır

  • Estetik nəticə yüksək səviyyədədir

  • Görmənin pozulması və astiqmatizm riski azalır

  • Pasiyent adətən əməliyyatdan bir gün sonra normal həyatına qayıdır


Bonum Medical niyə seçilməlidir?

- Pterigium əməliyyatlarında ixtisaslaşmış təcrübəli oftalmocərrahlar
-ZEISS OPMI Lumera 700 mikroskopu ilə yüksək dəqiqlik
-Ən müasir tikişsiz texnologiyalar və bioloji yapışdırıcılar
Qısa bərpa dövrü və maksimal estetik nəticə


Gözünüzdə ətli bir kütlə görürsünüzsə, onu gecikdirmədən yoxlatdırın.
Bonum Medical-da gözə zərif toxunuşla sağlam və estetik baxışlara qovuşun!