Cross-linking (CXL) - Keratokonus əməlliyatı
Cross-linking (CXL) – Keratokonusun müasir müalicəsi
Buynuz qişanın gücləndirilməsi ilə görmənin qorunması
Keratokonus – buynuz qişanın (kornea) struktur zəifliyi və incəlməsi nəticəsində onun konusvari formada irəliyə doğru çıxması ilə xarakterizə olunan proqressiv göz xəstəliyidir. Xəstəlik zamanı buynuz qişanın optik xüsusiyyətləri pozulur, nəticədə açıq-aşkar görmə zəifliyi, işıq dağılması, astiqmatizm və bulanıq görmə meydana çıxır. Vaxtında müalicə olunmadıqda keratokonus görmə qabiliyyətinin ciddi şəkildə azalmasına və hətta korluğa qədər irəliləyə bilər.
Bonum Medical klinikasında keratokonusun müalicəsi üçün dünyada qəbul olunmuş ən effektiv üsul – Cross-linking (CXL) əməliyyatı müasir texnologiyalarla və yüksək təcrübəyə malik oftalmocərrahlar tərəfindən icra olunur.
Cross-linking — buynuz qişanı riboflavin (vitamin B2) və ultrabənövşəyi (UV) işıq vasitəsilə struktur olaraq gücləndirən, keratokonusun irəliləməsini dayandıran minimal invaziv bir prosedurdur.
Əməliyyatın məqsədi buynuz qişa kollagen lifləri arasında əlavə kimyəvi bağlar (cross-links) yaradaraq onu daha möhkəm və stabilləşmiş hala gətirməkdir.
CXL hansı hallarda tətbiq olunur?
Keratokonus – erkən və orta mərhələlərində
Ektaziya – lazer əməliyyatlardan sonra buynuz qişanın zəifləməsi
Buynuz qişa incəlməsi ilə müşahidə olunan digər struktur zəifliklər
Əməliyyat xəstəliyin gedişini yavaşlatmaq və ya tamamilə dayandırmaq üçün ideal üsuldur, xüsusən də gənc yaşda aşkarlanmış hallarda.
Əməliyyat necə aparılır?
Göz damcıları ilə lokal anesteziya verilir
Buynuz qişanın üst təbəqəsi (epitel) nazik şəkildə çıxarılır (epi-off üsulu)
Riboflavin məhlulu gözə damızdırılır və buynuz qişa tərəfindən sorulur
Xüsusi cihazla UV-A işığı ilə buynuz qişa işıqlandırılır (təqribən 30 dəqiqə)
Bu proses buynuz qişada yeni bağların yaranmasını və onun strukturunun güclənməsini təmin edir
Əməliyyatdan sonra gözə müvəqqəti qoruyucu linza qoyulur və pasiyent 1–2 gün içərisində evə buraxılır.
Cross-linking əməliyyatının üstünlükləri:
Keratokonusun proqressiv inkişafını effektiv şəkildə dayandırır
Cərrahi müdaxiləyə ehtiyacı azaldır və xəstəliyin sonrakı mərhələyə keçməsinin qarşısını alır
Təhlükəsiz, qısa müddətli və minimal riskli prosedurdur
Gələcəkdə həyata keçiriləcək refraktiv əməliyyatlar üçün zəmin yaradır
Əməliyyatdan sonra buynuz qişanın forması stabil qalır, görmənin sabitliyi qorunur
Unutmayın:
Keratokonus erkən mərhələdə aşkarlanarsa, müalicəsi daha effektiv olur.
Cross-linking əməliyyatı ilə görmə itkisini dayandırmaq mümkündür.
Baxışınızı erkən diaqnostika və müasir texnologiya ilə qoruyun !