Xalazion əməliyyatı
Xalazion – Görünməz iltihabın görünən izi
Xalazion – göz qapağında yerləşən meybomian vəzilərinin iltihabına bağlı olaraq formalaşan xroniki, sərt və ağrısız kistabənzər törəmədir. Bu vəzilər normalda göz səthinin nəmliyini qoruyan yağ ifraz edir. Lakin kanalın tıxanması və ifrazatın toplanması nəticəsində iltihabi və qranulomatoz toxuma artımı yaranır. Xalazion göz qapağının həm daxili, həm də xarici səthində meydana çıxa bilər və görünüş narahatlığı, qapaq deformasiya və görmənin bulanması ilə nəticələnə bilər.
Bonum Medical-da xalazionlar ambulator şəraitdə, mikrocərrahi üsulla, tam təhlükəsiz və kosmetik nəticə iləçıxarılır.
Xalazionun əsas əlamətləri:
Göz qapağında sərt, yuvarlaq və yerindən tərpənməyən şişkinlik
Əvvəlcə qızartı və şişlik, sonradan ağrısız qalıq törəmə
Göz qapağında ağırlıq hissi və estetik diskomfort
Böyüdükcə görmə sahəsinin təzyiqlə daralması
Bəzən infeksiya əlavə olunduqda qızartı, ağrı və irin ifrazı
Xalazion nə üçün çıxarılmalıdır?
✔ Kosmetik və estetik narahatlıq yaradır
✔ Görməyə təzyiq və bulanıqlıq yarada bilər
✔ İkinci dərəcəli infeksiyalara və absesə səbəb ola bilər
✔ Uzun müddət qalarsa, ətraf toxumalarda çapıq və deformasiya yarada bilər
✔ Bəzi hallarda xərçəngəbənzər törəmələrlə qarışdırıla bilər və biopsiya ilə ayırd edilməlidir
Əməliyyatın üstünlükləri:
Cəmi 10–15 dəqiqəlik müdaxilə ilə xalaziondan tam azad olma
Kəskin infeksiya və çapıq riski aradan qalxır
Yüksək estetik nəticə, görünməyən və ya minimal iz
Təkrarlanma riski azaldılır
Hər yaş qrupu üçün uyğundur – uşaqlarda və böyüklərdə icra edilir
Kiçik görünən xalazion uzunmüddətli narahatlıq və infeksiyalara səbəb ola bilər.
Estetik və funksional baxımdan sizi narahat edən göz qapağı törəmələri üçün Bonum Medical-da təhlükəsiz və effektli müalicə sizi gözləyir!