Çəplik əməliyatı
Çəplik (strabizm) – bir və ya hər iki gözün eyni anda eyni istiqamətə fokuslana bilməməsi vəziyyətidir. Normalda gözlər sinxron şəkildə hərəkət edərək baxış nöqtəsinə yönəlir. Ancaq çəplik zamanı bir göz hədəfə baxdığı halda, digər göz daxilə, çölə, yuxarı və ya aşağıya doğru yönələ bilər. Bu, sadəcə estetik problem deyil, beynin iki gözdən gələn görüntünü düzgün birləşdirə bilməməsi nəticəsində görmənin keyfiyyətinin pozulması, görmə zəifliyi (ambliopiya)və dərinlik hissinin itməsinə səbəb ola bilər.
Bonum Medical-da çəplik diaqnostikası və çoxistiqamətli müalicə planları müasir yanaşmalarla həyata keçirilir. Cərrahi müdaxilə tələb olunan hallarda isə uzaqgörən və yüksək dəqiqlikli əməliyyat texnikaları tətbiq olunur.
Çəpliyin səbəbləri:
İrsi (ailəvi) meyillilik
Doğuş travmaları və erkən doğum
Göz əzələlərinin inkişaf qüsurları
Miopiya, hipermetropiya, astiqmatizm kimi refraksiya qüsurları
Sinir sistemi və beyinlə bağlı pozğunluqlar
Travmalar və iltihabi proseslər
Əlamətlər:
Gözlərin paralel olmaması
Uşaqlarda baxışın qeyri-mərkəzləşməsi
İkiqat görmə (diplopiya)
Başın bir tərəfə əyilərək baxılması
Dərinlik hissinin itməsi
Görmə zəifliyi və ya ambliopiya (tənbəl göz)
Bonum Medical-da Çəplik əməliyyatı necə aparılır?
-Əvvəlcə hərtərəfli oftalmoloji və ortoptik müayinə, o cümlədən göz əzələlərinin funksional qiymətləndirilməsi
- Əməliyyat lokal və ya ümumi anesteziya altında həyata keçirilir (xüsusilə uşaqlarda ümumi anesteziya üstünlük təşkil edir)
- Göz almasını hərəkət etdirən əzələlər üzərində gücləndirmə və zəiflətmə prinsipi ilə balans bərpa olunur
-Əməliyyat minimal invaziv texnikalarla icra edilir
-Gözə kosmetik tikişlər qoyulur, sorulan materiallardan istifadə edilir
-Əməliyyatdan sonra 1–2 günə evə buraxılma, 1 həftəyə isə normal həyata dönüş
Əməliyyatın məqsədi və üstünlükləri:
Gözlərin paralel baxış xəttinə gətirilməsi
Görmənin keyfiyyətinin və dərinlik hissinin bərpası
Estetik görünüşün düzəldilməsi, sosial və psixoloji təsirlərin azaldılması
Uşaqlarda tənbəl gözün qarşısının alınması və ya müalicəsi
Əməliyyat sonrası çox yüksək pasiyent məmnuniyyəti
Çəplik yalnız estetik məsələ deyil, görmənin inkişafına və həyat keyfiyyətinə təsir edən mühüm bir haldır.
Uşağınızda və ya özünüzdə baxış istiqaməti uyğunsuzluğu, ikiqat görmə və ya tənbəl göz əlamətləri müşahidə edirsinizsə, vaxtında mütəxəssisə müraciət edin.
Bonum Medical-da baxışlarınız düzgün, gələcəyiniz aydın olacaq!