Buynuz Qişanln Topoqrafiyası (Korneotopoqrafiya)
Buynuz Qişanın Topoqrafiyası (Korneotopoqrafiya)
Göz səthinin xəritələnməsi – dəqiq diaqnostik vasitə
Bonum Medical klinikasında buynuz qişanın topoqrafiyası, yəni korneotopoqrafiya müasir oftalmoloji diaqnostikanın əsas üsullarından biri kimi tətbiq olunur. Bu qeyri-invaziv müayinə metodu, gözün buynuz qişasının səthinin əyriliyini və refraktiv gücünü xəritələşdirərək struktur və funksional dəyişiklikləri dəqiq şəkildə analiz etməyə imkan verir.
Klinikamızda bu müayinə öz sahəsində ən innovativ cihaz olan SIRIUS vasitəsilə həyata keçirilir. Cihazın rəqəmsal kamera və yüksək ayırdetmə qabiliyyətli optik sistemi sayəsində buynuz qişanın mərkəz və periferik sahələrindəki dəyişikliklər real vaxtda qiymətləndirilir və rəng kodlu topoqrafik xəritə formasında təqdim olunur.
Topoqrafiya müayinəsinin əsas məqsədləri
Kornea ektaziyalarının (məsələn, keratokonus) erkən aşkarlanması və inkişafının izlənməsi
Refraktiv cərrahiyyə (LASIK, PRK) öncəsi struktur qiymətləndirmə
Astiqmatizmin növünün və dərəcəsinin dəqiq təyini
Katarakta əməliyyatı sonrası implant linzanın dəqiqliklə planlaşdırılması
Keratoplastika (kornea transplantasiyası) öncəsi və sonrası monitorinq
Travmadan və ya infeksiyadan sonra yaranan kornea deformasiyalarının qiymətləndirilməsi
Topoqrafik xəritələr nəyi göstərir?
Müayinə zamanı buynuz qişa səthinə konsentrik işıq halqaları yönəldilir. Geri əks olunan görüntülər rəqəmsal şəkildə analiz edilərək buynuz qişanın əyriliyi və refraktiv paylanması rəngli xəritə şəklində təqdim olunur.
İsti rənglər (qırmızı, narıncı) – daha yüksək əyrilik və güc
Soyuq rənglər (mavi, yaşıl) – daha düz və az refraktiv sahələr
Bu vizual xəritə eyni gözdəki mikroskopik dəyişiklikləri və ya iki göz arasındakı fərqləri müqayisə etməyə imkan verir və oftalmoloqa daha dəqiq diaqnostik qərarlar vermək imkanı yaradır.
Müayinəyə necə hazırlaşmalı?
Topoqrafiya müayinəsi sadə, ağrısız və sürətli prosedurdur. Pasiyentdən xüsusi bir hazırlıq tələb olunmur. Yeganə vacib məqam:
Kontakt linza istifadə edən şəxslər, müayinədən ən az 10–15 gün əvvəl linzaların istifadəsinə ara verməlidirlər. Bu, buynuz qişanın təbii formasının bərpası və nəticələrin düzgün çıxması üçün vacibdir.
Niyə Bonum Medical-da Topoqrafiya?
SIRIUS – optik topoqrafiya və ön seqment analizini birləşdirən qabaqcıl texnologiya
Erkən diaqnostika ilə daha təhlükəsiz refraktiv və katarakta əməliyyatları
Yüksək dəqiqlik və pasiyent mərkəzli yanaşma
Təcrübəli oftalmoloq və optometrist heyəti
Gözünüzün səthi haqqında dəqiq məlumat – sağlam görməyə atılan ilk addımdır.