Oftalmologiya - Ambulator müayinə və prosedurlar

Biomikroskoplarla birlikdə Göz Müayinə Kombaynları

Bonum Medical klinikasının Oftalmologiya bölməsi ən müasir texnologiyalara əsaslanan tam təchizatlı göz müayinə kombaynı ilə təmin olunmuşdur. Bu kombayn sisteminə TOPCON SLD model biomikroskopavtomatik göz yoxlama cihazlarıvideomonitor sistemi və digər diaqnostik vasitələr daxildir. Belə kompleks yanaşma, göz sağlamlığının yüksək dəqiqliklə və pasiyent komfortu qorunaraq yoxlanmasını təmin edir.


Oftalmoloji Diaqnostikada Yüksək Dəqiqlik: TOPCON SL-D Biomikroskopu

Bonum Medical klinikasının Oftalmologiya bölməsi, göz müayinələrinin dəqiqliyini və keyfiyyətini təmin etmək məqsədilə TOPCON SL-D model biomikroskop ilə təchiz olunmuşdur. Bu cihaz, gözün ön seqmentinin yüksək dəqiqliklə müayinəsini həyata keçirmək üçün nəzərdə tutulmuş müasir, optik baxımdan gücləndirilmiş mikroskopik diaqnostik sistemdir.

TOPCON SL-D biomikroskopu vasitəsilə aşağıdakı strukturlar detallı şəkildə qiymətləndirilir:

  • Konyunktiva, buynuz qişa (kornea) və sklera

  • Gözün ön kamerası və büllur

  • İridəki (rəngli qişa) dəyişikliklər və hərəkətlilik

  • Göz içi mayesinin axını və şəffaflığı

Cihazın yüksək ayırdetmə qabiliyyəti və optik sabitliyi sayəsində ilk baxışda nəzərə çarpmayan mikroskopik dəyişikliklər belə aşkar edilir. Bu, katarakta, qlaukoma, keratit, iridosiklit, həmçinin şəkərli diabet və hipertoniya fonunda yaranan göz patologiyalarının erkən diaqnostikası üçün əvəzsizdir.

TOPCON SL-D-nin texniki üstünlükləri:

  • LED işıq mənbəyi ilə parlaq və stabilliyi qorunan görüntü

  • Tənzimlənən fokus və filtrlər sayəsində fərqli diaqnostik rejimlər

  • Uzunmüddətli istifadəyə uyğun və pasiyent üçün maksimal komfort

Bu cihaz oftalmoloqun dəqiq və operativ qərar verməsinəkatarakta, qlaukoma, iltihabi və degenerativ dəyişikliklər  və s  patologiyaların erkən aşkarlanmasına, həmçinin uyğun müalicə planının vaxtında hazırlanmasına kömək edir.

Bonum Medical olaraq, oftalmoloji xidmətlərdə də müasir texnologiyalarla dəstəklənmiş, yüksək diaqnostik dəqiqliklə xidmət göstərməyi əsas prioritetlərimizdən biri hesab edirik.


Videomonitor dəstəyi ilə müayinə: Pasiyentlə şəffaf ünsiyyət

Müayinə prosesində videomonitor sistemləri vasitəsilə pasiyentlərə öz göz quruluşları, aşkarlanan dəyişikliklər və gözündə aparılan yoxlamalar vizual olaraq təqdim edilir. Bu isə pasiyentin məlumatlılığını və həkim-pasiyent əməkdaşlığını artırır.Kombaynın müasir  komputer   sitemi  ilə əlaqələnməsi   pasient informasiyasının  digital  qorunmasina   və ötürülməsinə  imkan  verir.

Tam inteqrasiya olunmuş göz müayinəsi

Bonum Medical-da tətbiq olunan göz müayinə kombaynı, oftalmoloqun qısa zaman ərzində, dəqiq və kompleks qiymətləndirmə aparmasına, həmçinin uyğun müalicə və ya eynək təyinatı üzrə düzgün qərar verməsinə imkan yaradır. Bütün bu sistemlər pasiyent komfortunu maksimum dərəcədə təmin edir və müasir oftalmoloji xidmətin ən yüksək səviyyədə göstərilməsini təmin edir.