Entropion və Ektropion əməlliyatı
Entropion və Ektropion – Göz qapağının anatomik pozulmalarının cərrahi müalicəsi
Göz qapaqları göz almasının qorunması, gözyaşının düzgün yayılması və buxarlanmasının tənzimlənməsi baxımından həyati funksiyalara malikdir. Lakin bəzi hallarda göz qapaqlarının mövqeyində yaranan struktur pozuntular ciddi oftalmoloji və estetik problemlərə səbəb ola bilər. Bu pozuntular arasında Entropion və Ektropion (Ecropion) xüsusi yer tutur.
Entropion nədir?
Entropion – aşağı və ya yuxarı göz qapağının içəriyə – göz almasına doğru dönməsi halıdır. Qapağın bu vəziyyətdə olması nəticəsində kipriklər buynuz qişaya (korneaya) sürtünərək daimi qıcıqlanma, batma, sulanma və görmənin bulanması yaradır.
Uzunmüddətli entropion kornea zədələnməsi, xora və görmə itkisi ilə nəticələnə bilər.
Ektropion (Ecropion) nədir?
Ektropion isə əksinə, göz qapağının (xüsusilə aşağı qapağın) bayıra doğru dönməsi halıdır. Bu zaman göz yaşı normal yollarla axa bilmir, daimi yaşarma, quruluq, qızartı və ikincili infeksiyalar yaranır. Göz alması qismən açıq qaldığı üçün konyunktivit və keratit riski artır.
Bu pozuntuların əsas səbəbləri:
Yaşlanmaya bağlı əzələ zəifliyi
Keçirilmiş travma və ya göz ətrafı cərrahi əməliyyatlar
Genetik meyillilik
Nevroloji pozğunluqlar (üz sinirinin iflici)
Xroniki iltihabi və skarlaşma prosesləri
Bonum Medical-da Entropion və Ektropion əməliyyatları necə aparılır?
Klinikamızda bu cür pozuntuların müalicəsi estetik plastik cərrahiyyə və oftalmocərrahiyyənin sintezində aparılır. Müalicə tam individual yanaşma əsasında planlaşdırılır.
-Əməliyyatlar lokal anesteziya altında, pasiyent tam ayıq vəziyyətdə icra olunur
- Dəri kəsikləri minimal və kosmetik zonalarda yerləşdirilir
- Əzələ və dəri strukturları xüsusi texnikalarla yenidən bərkidilir və balanslaşdırılır
-Tikişlər incə və sorulan növdə olur, iz minimum səviyyədə qalır
- Prosedurdan sonra pasiyent eyni gün evə buraxılır, bərpa dövrü qısadır
Əməliyyatın üstünlükləri:
Göz almasının tam qorunması və görmə keyfiyyətinin yaxşılaşması
Daimi sulanma və qıcıqlanmanın aradan qalxması
Estetik görünüşün bərpası
Əməliyyat sonrası minimal narahatlıq və qısa reabilitasiya müddəti
Yüksək dəqiqliklə icra olunduğu üçün təkrarlanma riski çox aşağıdır
Göz qapağı pozuntuları sadəcə kosmetik məsələ deyil, görmənin və göz sağlamlığının qorunması baxımından vacibdir.
Göz qapaqlarınızda narahatlıq, kipriklərin batması və ya göz yaşının axmaması müşahidə edirsinizsə, vaxtında mütəxəssisə müraciət edin.