Oftalmologiya - Ambulator müayinə və prosedurlar

Auto Kerato-Refraktometriya

Auto Kerato-Refraktometriya: Görmə Dəqiqliyinin Texnoloji Ölçümü

Bonum Medical klinikasının oftalmologiya bölməsi görmə qabiliyyətinin qiymətləndirilməsi və optik korreksiya planlaması sahəsində ən müasir texnologiyalara əsaslanan TOPCON və NIDEK markalı Auto Kerato-Refraktometrlərlə təchiz olunmuşdur.

Bu cihazlar vasitəsilə gözün refraksiya pozğunluqları (miopiya, hipermetropiya, astiqmatizm) tam avtomatik, kontakt olmadan və obyektiv şəkildə müəyyən edilir.


Auto Kerato-Refraktometriyanın əsas üstünlükləri

  • Refraksiya dərəcəsinin yüksək dəqiqliklə ölçülməsi:
    Göz almasının optik xüsusiyyətləri cihaz tərəfindən saniyələr içində analiz olunur. Bu, 
    görmə zəifliyinin səbəblərinin aşkarlanmasında mühüm rol oynayır.

  • Buynuz qişanın (kornea) əyrilik radiusunun təyini:
    Keratometrik analizlər kontakt linza istifadəsinə hazırlıqda və bəzi refraktiv cərrahiyyə planlamasında əvəzsiz məlumatlar verir.

  • Eynək və kontakt linza üçün düzgün dərəcələrin seçilməsi:
    Cihazın verdiyi obyektiv nəticələr, 
    optometrist və oftalmoloqlar tərəfindən subyektiv testlərlə birgə qiymətləndirilərək pasiyent üçün ən uyğun optik düzəlişin təyin edilməsinə kömək edir.


Kimlər üçün tövsiyə olunur?

  • Uşaqlarda və yeniyetmələrdə görmə zəifliyi şübhəsi olduqda

  • Gözündə yorğunluq, bulanıq görmə və ya baş ağrısı hiss edən şəxslərdə

  • Eynəklə görmənin yaxşılaşmadığı hallarda

  • Kontakt linza istifadə etməzdən əvvəl

  • Gözlük reseptini yeniləmək istəyən hər kəsdə


Bonum Medical-da dəqiq və texnoloji müayinə

TOPCON və NIDEK kimi dünya səviyyəli oftalmoloji texnologiya markalarının cihazları, Bonum Medical klinikasında təcrübəli mütəxəssislərin nəzarəti altında tətbiq olunur. Yüksək həssaslıqlı sensorlar və avtomatik ölçü funksiyaları sayəsində pasiyentin iştirakı minimuma endirilirmüayinə müddəti isə sürətli və komfortlu şəkildə başa çatır.

Görmənizdə ən kiçik zəifləməni  belə vaxtında aşkarlamaq üçün müasir texnologiyaya güvənin – Bonum Medical yanınızdadır.