Diaqnostika

Diaqnostika

Bonum Medical Klinikası – Yüksək Texnologiyalı Diaqnostika Mərkəzi
Bonum Medical klinikasının diaqnostika bölümü – pasiyentlərə dəqiq, sürətli və təhlükəsiz diaqnoz qoyulması üçünnəzərdə tutulmuş ən son texnoloji yeniliklərlə təchiz olunmuş bir mərkəzdir. Tibbi diaqnostikanın bir çox sahələrini əhatə edən bu bölmə, xəstəliklərin ilkin mərhələdə aşkarlanmasını və düzgün müalicə strategiyasının qurulmasını təmin edir.
Klinikamızda istifadə olunan Voluson E10 , Voluson E8 və Siemens DC 3000 ultrasəs cihazları — bütün dünyada diaqnostik ultrasəs texnologiyalarının zirvəsi hesab olunur. Xüsusilə Voluson E10 cihazı yüksək həssaslıq və görüntü keyfiyyəti ilə doğuş öncəsi dölün inkişafının, orqan strukturlarının və qan dövranı sisteminin ən incə detallarını belə vizual olaraq izləməyə imkan yaradır. Bu cihazlarla həm ginekoloji, həm də ümumi orqan ultrasəsləri, damarların doppler müayinələri və digər mürəkkəb protokollar yüksək dəqiqliklə aparılır.
Ənənəvi rentgen texnologiyalarından fərqli olaraq, rəqəmsal rentgen sistemlərimiz daha az radiasiya ilə daha aydın və dəqiq görüntülər təqdim edir. Bu sistemlər, yalnız statik şəkillərlə kifayətlənmir, eyni zamanda fizioloji proseslərin real zamanlı izlənməsini və ölçmələrin daha dəqiq aparılmasını mümkün edir. Beləliklə, diaqnostik yanaşma daha obyektiv və məlumatlı olur.
Klinikamızın diaqnostik sisteminin ən güclü elementlərindən biri müasir KT (kompüter tomoqrafiyası) cihazıdır. Bu cihaz sayəsində istənilən orqan və toxuma təbəqə-təbəqə yüksək dəqiqliklə görüntülənir. Eyni zamanda:
Kontrastlı KT müayinələri ilə şişlər, iltihabi proseslər və damar patologiyaları daha aydın seçilir,
KT-angioqrafiya vasitəsilə damarlardakı daralmalar, tromb və ya anevrizmalar erkən mərhələdə aşkarlanır,
Prosedurlar qısa müddətdə, ağrısız və pasiyent üçün minimum diskomfortla həyata keçirilir.
Klinikamızda yalnız cihaz parkının zənginliyi ilə deyil, həm də bu cihazlarla işləyən təcrübəli radioloqlar və diaqnostika üzrə mütəxəssislərlə yüksək nəticələr əldə edilir. İstər rutin müayinə, istərsə də kompleks klinik hallarda dəqiq nəticə və çevik yanaşma tibbi xidmətin keyfiyyətini bir neçə pillə yüksəldir.
Bonum Medical klinikasında diaqnostika – təhlükəsiz, keyfiyyətli və zamanında aparılan müayinələr deməkdir. Ən müasir texnologiyaların təqdim olunduğu bu bölmə, bölgədə yalnız klinikamızda mövcud olan cihazlar və protokollar sayəsində Bakı səfərinə ehtiyac qalmadan dəqiq diaqnoz imkanını hər kəs üçün əlçatan edir.