Diaqnostika

Detallı Hamiləlik Ultrasəs Doppleroqrafiyası və 4D Doppler Müayinəsi

Bonum Medical klinikasında hamiləliyin gedişinə yüksək dəqiqliklə nəzarət etmək və dölün sağlamlığını qiymətləndirmək üçün ən müasir Voluson E10, Voluson E8  kimi yüksək texnologiyalı cihazlarla detallı doppler müayinələri həyata keçirilir. Bu cihazlar təkcə klassik görüntülərlə kifayətlənməyib, rəngli, pulsatil və 4D doppler texnologiyası ilə geniş spektrli diaqnostik imkanlar yaradır.

12–14 Həftəlik Hamiləlik Skrininq Müayinəsi
Bonum Medical klinikasında ilk trimestr skrininq müayinələri – xüsusilə 12–14-cü həftələrdə aparılan prenatal skrininq – ən müasir cihazlar və yüksək ixtisaslı mütəxəssislər tərəfindən icra olunur. Bu dövr hamiləliyin erkən mərhələsində xromosom pozğunluqları və dölün inkişaf anomaliyalarının ilkin aşkarlanması baxımından son dərəcə vacibdir
Skrininq müayinəsi zamanı Voluson E10, Voluson E8  kimi ultrasonoqrafiyada dünya səviyyəsində lider cihazlar istifadə olunur. Bu cihazlar yüksək həssaslıqlı , 4D  görüntüləmə imkanlarına  malik   transabdominal  və  transvaginal problarla təchiz olunduğundan dölün bütün strukturlarını – xüsusilə ürək quruluşu, baş beyin, onurğa, abdominal divar, ətraflar və burun sümüyükimi əhəmiyyətli parametrləri detallı şəkildə qiymətləndirməyə imkan verir.
Ürək qüsurlarının erkən aşkarlanması-bölgəmizdə yalnız  klinikamızda icra olunan  erkən dövr Fetal Exokardioqrafiya   müayinəsi  
Bonum Medical klinikasında 12–14-cü həftələrdə dölün ürəyinin ilkin quruluşunun qiymətləndirilməsi, əsas damarların yerləşməsi və axım istiqamətləri rəngli doppler rejimində incələnir. Bu mərhələdə ürək qüsurlarının çoxu, o cümlədən AV kanal defekti, magistral damar  anomaliyaları ,trikuspid qapaq çatışmazlığı, ürəkdə geri axınlar və ritm pozğunluqları erkən mərhələdə fərq edilə bilir.
Biokimyəvi analizlər və risk qiymətləndirilməsi
Ultrasəs göstəriciləri ilə yanaşı serumda PAPP-A və free β-hCG markerlərinin analizi də aparılaraq Down sindromu, Edwards sindromu və digər xromosom anomaliyaları üçün kombinə edilmiş risk hesablanması həyata keçirilir. Bu yanaşma ən yüksək etibarlılığa malik prenatal diaqnostik yanaşma hesab olunur.
Tam etibarlı və təhlükəsiz yanaşma
Skrininq proseduru pasiyentin komfortu, məxfiliyi və təhlükəsizliyi qorunaraq, tam steril şəraitdə və mütəxəssisin nəzarəti ilə həyata keçirilir. Bonum Medical klinikasının təcrübəli ginekoloqları və radioloqları hər pasiyent üçün individual yanaşma və ehtiyaclara uyğun tövsiyələr təqdim edir.

Detallı döl anatomiyası və hamiləlik monitorinqi
Detallı doppler ultrasəsi hamiləliyin 18–22-ci həftələri arasında aparılan əsas döl anatomiyası müayinəsi ilə birləşdirilərək dölün orqan və sistemlərinin quruluşunu yüksək dəqiqliklə görüntüləyir. Buraya daxildir:
Beyin və sinir sistemi
Ürək və qan damarları
Ağciyər, qaraciyər, böyrəklər və mədə-bağırsaq sistemi
Skelet sistemi (ətraflar, onurğa, barmaqlar)
Yüz və boyun anatomiyası
Əgər hər hansı şübhəli hal qeydə alınarsa, doppler müayinələri ilə bu dəyişikliklərin funksional əhəmiyyəti və risk dərəcəsi daha dəqiq müəyyən edilir.

Doppleroqrafiya vasitəsilə  dölün  qan  dövranının dəyərləndirilməsi  
Doppler müayinəsi hamiləlik dövründə ana ilə döl arasında qan dövranını, dölə qan və oksigenin çatıb-çatmadığını, həmçinin plasentanın fəaliyyətini qiymətləndirmək üçün ən etibarlı vasitələrdən biridir. Xüsusilə riskli hamiləliklərdə (şəkərli diabet, preeklampsiya, döl inkişafının geri qalması və s.) doppler ultrasəs həyati əhəmiyyət daşıyır.
Doppler müayinəsi ilə qiymətləndirilən əsas göstəricilər:
Uterin arteriyalar (ana bətn damarları) – plasentanın qan təchizatı
Umbilikal arteriya (göbək ciyəsi) – dölə gedən qan axını
Medial  beyin arteriyası (MCA) – dölün beyin qanlanması və oksigen səviyyəsinin dolayı göstəricisi
Ductus venosus – dölün ürəyinə gedən qan axınının vəziyyəti
Bu parametrlər dölün oksigenlə təchizatı və inkişaf potensialı haqqında dəyərli məlumat verir.


4D Doppler və Hamiləlikdə Emosional Təcrübə
4D doppler ultrasəsi müasir texnologiyanın verdiyi ən yüksək vizual keyfiyyətə malik görüntüləmə üsuludur. Bu üsulla dölün üz mimikaları, hərəkətləri və hətta əmmə refleksi real vaxtda izlənilə bilir. 4D görüntülər yalnız tibbi məqsədlə deyil, həm də valideynlərin körpələrini doğumdan əvvəl görmələri üçün unudulmaz bir emosional təcrübə təqdim edir.
Bundan əlavə, 4D doppler anatomik dəyişikliklərin və quruluş anomaliyalarının daha ətraflı analizində həkimlərə üstünlük verir.
Bonum Medical klinikasında hamiləlik dövründə dölün sağlamlığını və qan dövranını dəyərləndirmək məqsədilə tətbiq olunan doppler müayinələri ən yüksək səviyyədə icra olunur. Bu sahədə 15 ildən artıq klinik və elmi təcrübəyə malik, bölgədə ekspert səviyyəsində tanınan mütəxəssislər – Dr. Günel Məmmədova və Dr. Aysel Əzimova – doppler müayinələrini fərdi yanaşma və beynəlxalq protokollara uyğun şəkildə həyata keçirirlər.
Müayinələr rahat və steril mühitdə, tam peşəkar yanaşma ilə həyata keçirilir. Həkimlərimiz həm risk   daşıyan hamiləliklərdə, həm də rutin skrininq müayinələrində doppler göstəricilərini beynəlxalq standartlara əsaslanaraq dəyərləndirir və nəticələr əsasında uyğun tibbi qərarlar verilir. Bu yanaşma ana və döl üçün maksimum təhlükəsizlik, eyni zamanda erkən müdaxilə imkanı yaradır.
Bonum Medical klinikasında doppler müayinəsi sadəcə bir texniki prosedur deyil, təcrübəyə, texnologiyaya və etibara əsaslanan peşəkar xidmət nümunəsidir.