Diaqnostika

Kompüter Tomoqrafiya (CT) müayinəsi

Bonum Medical klinikasının Diaqnostika bölməsi bölgədə ən müasir və funksional Kompüter Tomoqrafiyası (KT)cihazı ilə təchiz olunmuşdur. Bu texnologiya vasitəsilə pasiyentin bədənindəki toxumalar, orqanlar və sümük strukturları saniyələr ərzində çox incə kəsiklərlə təsvir edilə bilir. KT müayinəsi xəstəliklərin erkən aşkarlanması, yayılma dərəcəsi və ağırlaşma riski barədə həkimə ətraflı və etibarlı məlumat verir. 

Bonum Medical klinikasında istifadə olunan yeni nəsil KT cihazı təkcə yüksək dəqiqlikli  görüntülər təqdim etmir, eyni zamanda 3D rekonstruksiya imkanı ilə diaqnostikanı növbəti səviyyəyə yüksəldir. Bu texnologiya vasitəsilə orqan və toxumaların üçölçülü modeli yaradılır, bu da həkimlərə həm anatomik quruluşu daha yaxşı təhlil etməyə, həm də planlaşdırılan müdaxilələrə daha dəqiq yanaşmağa şərait yaradır.

Klinikamızda icra olunan KT müayinələri aşağıdakı nahiyələri və xəstəlik qruplarını əhatə edir:

Baş və beyin:

  • Beyin qan dövranı pozuntuları (insult, iskemik dəyişikliklər)

  • Anevrizma və damar malformasiyaları

  • Beyin şişləri, kistalar, ödem

  • Baş travmaları (kəllə-beyin travması, qanaxmalar)

  • Sinüzit və burunətrafı ciblərin iltihabları

Boyun nahiyəsi və tənəffüs yolları:

  • Boyun limfa düyünlərinin böyüməsi

  • Qırtlaq, udlaq və tənəffüs yollarının dəyərləndirilməsi

  • Tiroidea və para-tiroidea vəzilərinin kistaları və şişləri

Döş qəfəsi və ağciyərlər:

  • Sətəlcəm, vərəm, COVID-19 və digər ağciyər infeksiyaları

  • Ağciyər xərçəngi və metastazlar

  • Plevral maye, pnevmotoraks (ağciyərin çökməsi)

  • Ağciyər arteriyasında tromboemboliya (PE)

Qarın və çanaq orqanları:

  • Qaraciyər, dalaq, böyrək, mədəaltı vəz və öd kisəsi patologiyaları (şiş, kista, daş, iltihab)

  • Bağırsaq keçməzliyi, qastrit, apendisit

  • Yumurtalıqlar, uşaqlıq və prostat vəzinin dəyərləndirilməsi

Sümük-oynaq sistemi və onurğa:

  • Onurğa sütunu yırtıqları, sinir sıxılmaları, fəqərə patologiyaları

  • Sümük sınıqları, osteoporoz, oynaq iltihabları

  • Şişlərin sümüyə yayılması (metastaz)

Damar sistemləri – KT Angioqrafiya ilə:

  • Beyin, ürək, qarın və ətraf damarlarının daralması və tıxanması

  • Aortanın anevrizması və diseksiyası

  • Varikoz damar genişlənmələri və damar malformasiyaları

Bu geniş spektrli görüntüləmə imkanları sayəsində Bonum Medical klinikasının KT bölməsi sadəcə simptomlara deyil, onların səbəbinə qədər gedib çıxmaq imkanı verir. KT  angioqrafiya3D rekonstruksiya texnologiyası sayəsində mürəkkəb anatomiya daha ətraflı və vizual olaraq təqdim olunur. Bu, xüsusilə neyrocərrahiyyə, damar cərrahiyyəsi və ortopedik planlamalarda çox dəyərli məlumatlar verir.

KT müayinəsi klinikamızda qısa müddətdə, ağrısız, yüksək dəqiqliklə və pasiyentin komfortu nəzərə alınmaqla aparılır. Diaqnostikanı dəqiqləşdirmək və erkən müdaxilə etmək üçün Bonum Medical klinikasının KT bölməsi sizin üçün daim hazırdır.