Ultrasonoqrafiya və Doppler Ultrasonoqrafiya
Bonum Medical klinikasında ultrasonoqrafiya (USM) və Doppler Ultrasonoqrafiya müayinələri müasir tibbin tələblərinə uyğun şəkildə, yüksək keyfiyyətli görüntüləmə texnologiyaları və peşəkar həkim komandası ilə icra olunur. Ultrasonoqrafiya müayinə metodu toxuma və orqanların strukturu, forması, ölçüləri və hərəkətliliyinin real zamanlı izlənməsinə imkan verir və xəstəliklərin erkən diaqnostikası üçün ilkin, təhlükəsiz və informativ vasitə hesab olunur. Dopplerli ultrasonoqrafiya müayinəsi isə, damar sisteminin – xüsusilə arteriya və venaların qan axını sürəti, istiqaməti və keyfiyyətinin real zamanlı görüntülənməsinə imkan verir. Bu texnologiya orqanizmdə qan dövranı ilə bağlı xəstəliklərin erkən aşkarlanması və dəqiq dəyərləndirilməsi baxımından diaqnostikanın ən önəmli metodlarından biri hesab olunur. Bonum Medical-in üstün texnologiyaya malik Doppler USM cihazları müasir üsulun bütün imkanlarını özündə birləşdirən geniş müayinə spektrini icra etməyə imkan verir.
Klinikamız ultrasonoqrafik cihaz parkı ilə bölgədə fərqlənir. Ən yeni nəsil cihazlarımız arasında yer alan:
Voluson E10 – dünya üzrə tanınmış lider cihaz olub, xüsusilə doğuşa qədər dölün anatomik inkişafı, fetal doppler ölçmələr və 4D görüntüləmədə yüksək dəqiqlik təmin edir;
Voluson E8 – ginekoloji və obstetrik sahələrdə, həmçinin yumşaq toxumaların təhlilində geniş istifadə olunur;
Siemens DC 3000 – abdomen, tiroid, uroloji, ortopedik və damar müayinələri üçün mükəmməl həssaslığa malik cihazdır.
Bu cihazlar sayəsində kiçik ölçülü dəyişikliklər belə dəqiq vizualizasiya edilir, diaqnozlarda dəqiqlik artır və yanlış nəticələrin riski minimuma enir.
Müayinənin əsas sahələri
Bonum Medical-da ultrasonoqrafiya müayinələri geniş spektrdə aparılır:
Ginekoloji USM – uşaqlıq, yumurtalıq, endometrial qat və patologiyaların vizual analizi,
Hamiləlik USM – döldə inkişaf dəyərləndirilməsi, suların miqdarı, dölyanı orqanlar və dölün biometrik ölçüləri,
Abdominal USM – qaraciyər, öd kisəsi, mədəaltı vəz, dalaq və böyrəklər,
Uroloji USM – sidik kisəsi, prostat, toxum kisəcikləri, böyrəklər və sidik axarları,
Tiroid və boyun – qalxanabənzər vəz, limfa düyünləri və digər yumşaq toxumalar,
Süd vəzi müayinəsi – kist, fibroz və bədxassəli şişlərin ayırd edilməsi,
Əzələ-skelet və oynaq USM – tendinit, bursit, əzələ yırtıqları və travmaların qiymətləndirilməsi,
Uşaqlarda USM – beyin, qarın, cinsiyyət orqanları və digər sistemlərə dair uyğun pediatrik USM tətbiqləri.
Dopplerli Ultrasonoqrafiya – qan dövranının səs ilə görüntülənməsi üsuludur.
Bonum Medical klinikasında tətbiq olunan Dopplerli ultrasonoqrafiya müayinəsi, damar sisteminin – xüsusilə arteriya və venaların qan axını sürəti, istiqaməti və keyfiyyətinin real zamanlı görüntülənməsinə imkan verir. Bu texnologiya orqanizmdə qan dövranı ilə bağlı xəstəliklərin erkən aşkarlanması və dəqiq dəyərləndirilməsi baxımından diaqnostikanın ən önəmli metodlarından biri hesab olunur.
Dopplerli USM müayinəsi çoxşaxəli tibbi sahələrdə istifadə edilir. Klinikamızda bu metodla aşağıdakı istiqamətlərdə dəyərləndirmələr aparılır:
Hamiləlik zamanı – dölə və plasentaya gedən qan axınının qiymətləndirilməsi (uterin və umbilikal arteriyalar),
Ginekoloji patologiyalar – yumurtalıq və uşaqlıq damarlarının perfuziyası, kist və şişlərin qanlanması,
Kardioloji analizlər – ürək boşluqları və damarlarında qan axınının vizual təhlili,
Abdominal doppler – qaraciyər, böyrək və digər daxili orqan damarlarında qan dövranının dəyərləndirilməsi,
Aşağı və yuxarı ətraf damarları – tromboz, varikoz, damar keçiriciliyi və spazm halları üçün analiz,
Boyun damarları (karotid arteriyalar) – baş beynə gedən qan axınının ölçülməsi, insult riski qiymətləndirilməsi,
Uşaqlarda və yenidoğulmuşlarda – beyin damarlarında qan dövranının təhlili (transkranial doppler).
Klinikamızda doppler müayinələri bu sahədə illərlə təcrübəyə malik, bölgəmizdə tanınmış peşəkar radioloq və USM mütəxəssisləri tərəfindən icra olunur. Hər bir müayinə yüksək steril və komfortlu şəraitdə, pasiyent yönümlü yanaşma ilə həyata keçirilir.Dopplerli ultrasonoqrafiya Bonum Medical-da təkcə texnologiyanın deyil, peşəkarlığın da zirvəsində təqdim olunur. Həm təhlükəsiz, həm ağrısız, həm də dəqiq nəticəli bu müayinə metodu ilə sağlamlığınızı vaxtında qorumaq mümkündür – özü də bölgədən kənara çıxmadan, yaxınlığınızda!