Urologiya

Qasıq Yırtığı

Qasıq yırtığı (ing. inguinal hernia) qarın boşluğundakı orqan və ya toxumaların qasıq kanalından və ya zəifləmiş sahədən dəri altına çıxması ilə xarakterizə olunan, geniş yayılmış cərrahi patologiyadır. Yırtıq adətən xarici qabarıqlıq, narahatlıq və ya ağrı ilə özünü büruzə verir. Bu vəziyyət istər gündəlik həyat keyfiyyətinə mənfi təsir göstərir, istərsə də ağırlaşma riski daşıyır.

 Əlamətlər:

  • Qasıq nahiyəsində görünən və ya hiss edilən şişlik

  • Fiziki aktivlik zamanı (öskürək, əyilmək, ağır yük qaldırmaq) şişkinliyin artması

  • Oturarkən və ya uzanarkən şişkinliyin itməsi

  • Qasıq və alt qarında ağırlıq hissi və ağrı

  • Qadınlarda nadir hallarda cinsi orqanların və qasıq bağlarının yaxınlığında ağrı


Qasıq yırtığı müxtəlif səbəblərdən yarana bilər:

  • Qarın divarının doğuşdan zəif olması

  • Fiziki güc tətbiqi, tez-tez öskürək, xroniki qəbizlik

  • Hamiləlik və doğuş

  • Keçirilmiş cərrahi əməliyyatlardan sonra yaranan zəiflik

 Diaqnostika:

Bonum Medical klinikasında yırtığın diaqnostikası təcrübəli cərrah və uroloq-mütəxəssislər tərəfindən aparılır. Fiziki müayinə ilə yanaşı ultrasəs və ya digər görüntüləmə üsulları ilə yırtığın dərəcəsi, ölçüsü və potensial riskləri qiymətləndirilir.

 Müalicə:

Qasıq yırtığı yalnız cərrahi müdaxilə ilə aradan qaldırıla bilər. Bonum Medical-da bu əməliyyat aşağı invazivlikli və yüksək texnoloji dəstəklə , ümumi və ya lokal anesteziya altında, təcrübəli cərrahlarımız tərəfindən həyata keçirilir. Əməliyyat sonrası xəstə çox zaman eyni gün və ya ertəsi gün evə buraxılır.

 Əməliyyatdan sonra:

  • Xəstəlik təkrar etməməsi üçün pasiyentə fərdi həyat rejimi və fiziki məhdudiyyətlər barədə tövsiyələr verilir

  • 5–7 gün ərzində istirahət və yüngül qidalanma rejimi tövsiyə olunur

  • 1 ay ərzində ağır fiziki fəaliyyətlər məhdudlaşdırılır

  • Tikişlər kosmetik olur və estetik narahatlıq yaratmır

Bonum Medical klinikasında qasıq yırtığının müalicəsi ən müasir cərrahi protokollar əsasında, steril əməliyyatxana şəraitindətəcrübəli həkim komandası tərəfindən həyata keçirilir. Ən əsası, bölgədə bu səviyyədə kompleks təminatlı cərrahi xidmətlərə sahib nadir klinikalardan biri olaraq, Bonum Medical pasiyentlərini uzaq məsafəyə getmədən tam müalicə ilə təmin edir.