Varikosel
Varikosel – xaya (testis) damarlarının genişlənməsi ilə xarakterizə olunan və kişilərdə sonsuzluğun ən çox rast gəlinən səbəblərindən biri olan bir xəstəlikdir. Bu vəziyyət, xayalıq daxilindəki vena damarlarının qapqac sistemindəki zəiflikvə ya qan axınının düzgün tənzimlənməməsi nəticəsində baş verir. Adətən sol xayada daha çox rast gəlinir, lakin ikitərəfli və ya sağ tərəfli hallara da təsadüf edilə bilər.
Varikoselin bəzi hallarda heç bir əlaməti olmur və yalnız sonsuzluq müayinəsi zamanı aşkarlanır. Lakin aşağıdakı simptomlar müşahidə oluna bilər:
Xaya nahiyəsində ağırlıq və ya sızıltılı ağrı
Xüsusilə günün sonunda və ya uzun müddət ayaqüstə qalmaqdan sonra ağrının artması
Xaya ölçüsündə azalma və ya qeyri-bərabərlik
Sonsuzluq (ilk və ya ikincili)
Diaqnostika:
Bonum Medical klinikasında varikosel diaqnostikası yüksək dəqiqlikli rəqəmsal ultrasəs və Doppler müayinəsi ilə aparılır. Müasir görüntüləmə texnologiyası damar genişlənmələrinin ölçüsünü, qan axınının sürətini və dərəcəsini müəyyən etməyə imkan verir. Eyni zamanda pasiyentin klinik vəziyyəti də nəzərə alınaraq spermoqram analizləri ilə bərabər müayinələr tamamlanır.
Müalicə üsulları:
Müalicə yanaşması pasiyentin şikayətlərindən, yaşından və reproduktiv planlarından asılı olaraq müəyyən edilir. Klinikamızda hər iki müalicə variantı – konservativ və cərrahi üsullar tətbiq olunur:
Konservativ (dərman) müalicə – yüngül simptomlar və ya az dərəcəli damar genişlənməsi olan hallarda istifadə olunur. Məqsəd qan dövranını yaxşılaşdırmaq və iltihabi proseslərin qarşısını almaqdır.
Cərrahi müalicə (Varikoselektomiya) – Bonum Medical klinikasında bu əməliyyat müasir endoskopik və mikrocərrahi üsullar ilə, tam steril və komfortlu əməliyyatxana şəraitində icra olunur.
Əməliyyatdan sonra nə gözlənilir?
Əməliyyat günü və ya ertəsi gün pasiyent ambulator şəkildə evə buraxılır
1 həftə ərzində fiziki yükdən uzaq qalmaq tövsiyə edilir
Tam sağalma və sperma keyfiyyətində artım 3-6 ay ərzində izlənir
Əməliyyat mikroinvaziv olduğundan iz qoymur və tez sağalma ilə müşayiət olunur
Bonum Medical klinikası bölgədə varikosel əməliyyatlarını müasir üsullarla icra edən qabaqcıl uroloji mərkəzlərdən biridir. Klinikamızın təcrübəli uroloqları tərəfindən hər bir pasiyent fərdi yanaşma ilə qiymətləndirilir və müasir müalicə protokolları tətbiq olunur. Ən əsası isə – pasiyentlər artıq bu tip yüksək keyfiyyətli müalicə üçün başqa şəhərlərə getməyə ehtiyac duymurlar.