Urologiya

Kriptorxizm (Xayanın yerinə enməməsi)

Kriptorxizm, yenidoğulmuş və ya uşaq yaş dövründə müşahidə edilən ən çox yayılmış uroloji problemlərdən biridir. Bu vəziyyət zamanı bir və ya hər iki xaya normal eniş yolunu izləməyərək xaya kisəsinə enmir və qarın boşluğunda, qasıq kanalında və ya qeyri-adi bir yerdə qalır. Uşaq cərrahiyyəsində və urologiyada erkən diaqnoz və müalicə bu hallarda olduqca vacibdir.

Kriptorxizm adətən doğuşdan sonra aparılan fiziki müayinədə xaya kisəsinin boş olması ilə təyin olunur. Bəzən xaya əl ilə qasıq kanalında və ya qarın daxilində hiss edilə bilər, lakin bəzən gizli (palpasiya olunmayan) kriptorxizm halları üçün ultrasəsdopplertomoqrafiya, və laparoskopiya kimi diaqnostik üsullara ehtiyac yaranır.


 Kriptorxizmin təhlükələri

Xayanın normal anatomik yerində yerləşməməsi gələcəkdə bir sıra problemlərə yol aça bilər:

  • İnfertillik (sonsuzluq) riski artır;

  • Xaya bükülməsi (torsion) ehtimalı yüksəkdir;

  • Zədələnmə və travma riski artır;

  • Xaya xərçəngi riski normal yerləşmiş xayaya nisbətən daha yüksəkdir;

  • Psixoloji narahatlıqlar və bədən görünüşü ilə bağlı problemlər yarana bilər.

 

Klinikamızda kriptorxizm müalicəsi uğurla və tam peşəkar şəkildə həyata keçirilir. Diaqnostik mərhələdə ultrasəs müayinəsidoppler görüntüləməendoskopik qiymətləndirmə vasitələri ilə xayanın yerləşməsi və vəziyyəti dəqiq təyin olunur. Xəstənin yaşı və xayanın mövqeyinə əsasən əməliyyatlı və ya izləmə əsaslı müalicə planı hazırlanır.

Əgər xaya 6-12 ay arasında hələ də yerinə enməyibsə, orxiopeksiya əməliyyatı tövsiyə olunur. Bu əməliyyat ümumi anesteziya altında aparılır və xaya aşağı salınaraq xaya kisəsində sabitlənir. Əməliyyat minimal invaziv üsullarlaicra olunduğundan, sağalma dövrü qısadır və pasiyent qısa müddətdə normal fəaliyyətinə qayıda bilir.

Kriptorxizm kimi incə cərrahi yanaşma və yüksək diqqət tələb edən halların müalicəsində doğru mərkəzin seçimi gələcək sağlamlıq baxımından son dərəcə vacibdir. Bonum Medical klinikasında bu kimi əməliyyatlar müasir tibbi standartlara cavab verən tam steril əməliyyatxana şəraitində, endoskopik və optik sistemlərlə təchiz olunmuş avadanlıqlar vasitəsilə icra edilir. Peşəkar həkim heyətimiz illərin təcrübəsinə əsaslanaraq, hər bir pasiyentin yaşına və klinik vəziyyətinə uyğun fərdi yanaşma tətbiq edir. Xüsusilə uşaq yaşlı pasiyentlər üçün təhlükəsiz, stresssiz və komfortlu mühit yaradılır. Müayinə və müalicə mərhələlərində valideynlərə hər addım ətraflı və anlaşılan şəkildə izah olunur. Qürurla qeyd edə bilərik ki, bölgədə bu cür spesifik və incə əməliyyatları təqdim edən nadir tibbi mərkəzlərdən biri olaraq, valideynləri və uşaqları pasiyent səyahətində uzun məsafələr qət etməkdən azad edir və yüksək keyfiyyətli tibbi xidmətə əlçatanlıq yaradırıq.