Qastroenterologiya

Mədə Balonu

Mədə balonu – mədə həcmini müvəqqəti olaraq kiçiltmək məqsədilə endoskopik üsulla tətbiq olunan, cərrahi müdaxilə tələb etməyən prosedurdur. Prosedur zamanı xəstənin mədəsinə silikon materialdan hazırlanmış yumşaq və dairəvi balon yerləşdirilir və bu balon hava və ya maye ilə doldurularaq genişləndirilir. Mədə balonu pasiyentdə tez doyma hissi yaradaraq qida qəbulunu məhdudlaşdırır və çəki azalmasına kömək edir.

Bu proses ümumi anesteziya altında, tam ağrısız şəkildə, təxminən 15–20 dəqiqə ərzində həyata keçirilir. Xüsusilə əməliyyat riski yüksək olan, lakin bariatrik əməliyyata hazırlaşmaq üçün əvvəlcədən 20–25 kq arıqlaması tələb olunan pasiyentlərdə geniş şəkildə tətbiq olunur. Eyni zamanda digər üsullarla arıqlaya bilməyən, artıq çəkidən əziyyət çəkən şəxslər üçün də tövsiyə olunur.