Mədə Botoksu
Mədə botoksu — mədənin müəyyən hissələrinə botulinum toksininin endoskopik üsulla yeridilməsi ilə həyata keçirilən, invaziv olmayan bir arıqlama prosedurudur. Bu üsul mədənin boşalma müddətini uzadaraq iştahanı azaldır, nəticədə isə qida qəbulunun azalmasına və çəki itirilməsinə səbəb olur.
Prosedur qısa müddətdə və ağrısız şəkildə icra olunur və mədə hərəkətini yavaşladaraq, iştah hormonlarının ifrazını zəiflədir. Mədə botoksu, diet və fiziki aktivliklə birlikdə tətbiq olunduqda daha effektli nəticələr verir. Ənənəvi cərrahi arıqlama metodlarına alternativ olaraq, çəkisini idarə edə bilməyən və idman/diyetadan nəticə ala bilməyən pasiyentlər üçün bu üsul ideal seçim sayılır.