Qastroenterologiya

Qida Borusundan Yad Cismin Çıxarılması

Qida borusu və mədə-bağırsaq traktına düşən yad cisimlərin çıxarılması — həyati əhəmiyyət daşıyan, zamanında və düzgün icra edilməli olan endoskopik və ya cərrahi prosedurdur. Bu vəziyyət adətən təsadüfən udulmuş cisimlər, xüsusən uşaqlarda, yaşlılarda, nevroloji və ya psixiatrik pozuntuları olan şəxslərdə daha çox müşahidə olunur.


Yad cisimlər necə daxil olur və hansı riskləri daşıyır?

Yad cisimlər ağız yolu ilə təsadüfən udulduqda əvvəlcə qida borusuna (ezofaqusa), oradan isə mədəyə və bağırsaqlaradüşə bilər. Əksər hallarda udulan yad cismin ölçüsü kiçik və kənarları iti olmadıqda, o, heç bir problem yaratmadan təbii yolla bağırsaqlardan xaric olur.

Lakin aşağıdakı hallarda müdaxilə mütləqdir:

  • Cisim yemək borusunda ilişib qalıbsa

  • Mədədə və ya bağırsaqda hərəkətsiz qalıbsa

  • Cisim iti, kəskin, uzun və ya sancaq, iynə, çəngəl, sümük qırıntısı kimi təhlükəli formadadırsa

  • Pasiyentdə ağrı, udqunma çətinliyi, qan qarışıq qusma, yüksək hərarət və ya nəfəs darlığı varsa

Bu kimi hallarda cisim toxuma zədələnməsi, deşilmə (perforasiya), qanaxma və infeksiya riski yarada bilər. Belə ağırlaşmaların qarşısını almaq üçün vaxtında tibbi müdaxilə vacibdir.


Müalicə üsulları

  1. Endoskopik çıxarılma:
    Ən çox istifadə olunan və effektiv üsuldur. Yad cisim 
    elastik endoskop vasitəsilə görüntülənir və xüsusi alətlərlə çıxarılır. Bu metod mədə və yuxarı bağırsaq traktında yerləşən yad cisimlər üçün təhlükəsiz və ağrısızdır. İti və təhlükəli cisimlər xüsusi qoruyucu sistemlə çıxarılır ki, toxumalara zədə dəyməsin.

  2. Qida borusunda cisim:
    Əgər cisim 
    qida borusunda ilişibsə və endoskopik yolla çıxarılmaq mümkün deyilsə, bəzən cərrahi müdaxilə tələb oluna bilər. Əgər cisim çıxarıla bilmirsə, onu ehtiyatla mədəyə itələmək və daha sonra oradan çıxarmaq strategiyası da tətbiq olunur.

  3. Təqib və nəzarət:
    Bəzi hallarda, cisim təhlükə yaratmırsa və bağırsaqlarda sərbəst hərəkət edirsə, sadəcə 
    nəzarət altında təbii yolla xaric olması gözlənilə bilər. Lakin bu yanaşma yalnız həkim nəzarəti altında mümkündür.


Bonum Medical-da təhlükəsiz və peşəkar yanaşma

Bonum Medical klinikasında qida borusu və mədə-bağırsaq traktına düşən yad cisimlərin çıxarılması  müasir endoskopik cihazlarla, təcrübəli endoskopist və cərrah komandası tərəfindən,pasiyentin təhlükəsizliyini maksimum təmin edən şəraitdə həyata keçirilir.

Unutmayın: Yad cismin udulması və ya hər hansı narahatlıq hiss etdiyiniz anda dərhal həkimə müraciət etmək həyatınızı xilas edə bilər.