Polipektomiya
Polipektomiya — yoğun bağırsaqda (kolonda) yaranan poliplərin – yəni qeyri-normal toxuma böyümələrinin endoskopik üsulla çıxarılması üçün tətbiq olunan minimal invaziv terapevtik prosedurdur. Əksər hallarda bu müdaxilə kolonoskopiya zamanı aşkar edilən poliplərin ləğv edilməsi məqsədilə aparılır və həm xəstəliyin diaqnostikası, həm də profilaktik müalicəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Poliplər nədir və niyə təhlükəlidir?
Poliplər, mədə-bağırsaq divarında inkişaf edən yumşaq toxuma törəmələridir və saplı və ya sapsız formalarda ola bilərlər. Onlar əksər hallarda əlamətsiz inkişaf edir və yalnız profilaktik müayinə zamanı aşkar olunur. Ən çox rast gəlinənlər yoğun bağırsaq polipləridir.
Statistikaya görə, yoğun bağırsaq xərçənglərinin təqribən 90%-i məhz bu poliplərin bədxassəliyə çevrilməsi nəticəsində yaranır. Bu səbəbdən, kolonoskopiya zamanı aşkar olunan hər bir polip ya biopsiya iləqiymətləndirilməli, ya da tamamilə çıxarılaraq histoloji (toxuma) müayinə üçün laboratoriyaya göndərilməlidir.
Prosedur necə aparılır?
Polipektomiya, endoskop vasitəsilə polipin elektrokoagulyator dövrə və ya ilgək istifadə edilərək sapından və ya dibindən kəsilməsi yolu ilə həyata keçirilir. Prosedur zamanı pasiyent ağrı və diskomfort hiss etmir.Müdaxilə qısa müddətdə – adətən 15-30 dəqiqə ərzində icra olunur. Əgər əlavə risk yoxdursa, pasiyent eyni gün evə buraxılır.
Əgər bir neçə polip mövcuddursa, prosedur zamanı onların hamısı çıxarıla və ya fərqli seanslara bölünə bilər. Xüsusi hallarda çıxarılan poliplər xərçəngöncəsi və ya bədxassəli toxuma ola bilər, bu halda daha geniş müayinə və müalicə planı hazırlanır.
Polipektomiya nə üçün vacibdir?
Xərçənginin qarşısını almaq üçün effektiv profilaktik üsuldur
Erkən mərhələdə şişə çevrilmə riski olan törəmələrin aşkarlanıb aradan qaldırılmasını təmin edir
Əlamətsiz gedən və uzun müddət gizli qalan patologiyaların erkən diaqnozu və idarəsini mümkün edir
Bonum Medical-da Polipektomiya
Bonum Medical klinikasında polipektomiya proseduru təcrübəli endoskopist həkimlər, müasir endoskopik texnologiyalar və tam steril şərait altında aparılır. Hər bir pasiyentin fərdi vəziyyətinə uyğun risk dəyərləndirməsi və nəzarət planı hazırlanır.
Unutmayın: Polipin vaxtında çıxarılması – gələcəkdə mümkün ciddi xəstəliklərin qarşısını almağın ən təsirli yoludur.