Endoskopik Mukozal Rezeksiyası (EMR)
Endoskopik Mukozal Rezeksiyası (EMR) — həzm sistemi orqanlarında, xüsusilə mədə, onikibarmaq bağırsaq və yoğun bağırsaqda yerləşən erkən mərhələli, xərçəngə çevrilmə riski daşıyan poliplərin və şişəbənzər toxumalarınminimal invaziv üsulla çıxarılması üçün istifadə olunan müasir endoskopik müalicə metodudur.
Bu üsul, poliplərin açıq cərrahiyə ehtiyac olmadan, yalnız endoskop vasitəsilə müvəffəqiyyətlə və təhlükəsiz şəkildə xaric edilməsinə imkan verir.
Poliplərin növləri və qiymətləndirilməsi
Həzm sistemi polipləri formalarına görə iki əsas qrupa bölünür:
Pedunkulyasiya olunmuş poliplər – sapla bağırsaq divarına birləşən, sallanan tipli poliplər;
Oturaq (sapsız) poliplər – geniş əsaslı, bağırsaq divarına yapışmış poliplər.
Endoskopik müayinə zamanı aşkarlanan poliplərin xarakteri və potensial təhlükəsi aşağıdakı üsullarla müəyyən edilir:
Xromoendoskopiya (boyalı endoskopiya) – selikli qişada gizli patologiyaları və sərhədləri aydın göstərmək üçün tətbiq olunur;
Maqnifikasiyalı (böyütməli) endoskopiya – toxumanın mikrostrukturunu daha yaxından müşahidə etmək imkanı yaradır;
Biopsiya – polipdən toxuma nümunəsi götürülərək patohistoloji laborator müayinə üçün göndərilir.
EMR proseduru necə aparılır?
Əgər aparılmış qiymətləndirmə nəticəsində polipin xərçəngöncəsi və ya erkən mərhələli xərçəng riski daşıdığı aşkar edilərsə, onun ölçüsünə və yerləşdiyi sahəyə görə aşağıdakı üsullardan biri seçilir:
Sadə Polipektomiya – kiçik, saplı poliplər üçün;
Endoskopik Mukozal Rezeksiyası (EMR) – səthi, oturaq və ya geniş əsaslı poliplər üçün;
Endoskopik Submukozal Disseksiya (ESD) – daha dərin toxumalara yayılan və ya sərhədləri dəqiq olmayan törəmələr üçün.
EMR zamanı xüsusi texnika ilə selikli qişanın altına maye yeridilir, bu da lezyonu qaldıraraq ətraf sağlam toxumalardan ayırmağa kömək edir. Daha sonra xüsusi rezeksiyon alətləri ilə polip kəsilərək xaric olunur.
Prosedurdan sonra nə baş verir?
Çıxarılan toxuma patohistoloji müayinəyə göndərilir. Bu analiz nəticəsində polipin xarakteri (xoş və ya bədxassəli) müəyyən edilir,təmiz sərhədlərlə çıxarılıb-çıxarılmadığı yoxlanılır,gələcəkdə xəstənin izlənmə intervalı və ehtiyac olarsa əlavə müalicə planı hazırlanır.
Əgər polip tam çıxarılıbsa və müayinə nəticələri qənaətbəxşdirsə, pasiyent eyni gün və ya növbəti gün evə buraxıla bilər.
Bonum Medical-da EMR üstünlükləri
Bonum Medical klinikasında EMR prosedurları müasir yüksək çözünürlüklü endoskoplarla,təcrübəli endoskopistlər və patoloqların birgə dəyərləndirməsi ilə,tam steril və pasiyentə uyğunlaşdırılmış şəraitdə aparılır.
Vaxtında aşkarlanan və çıxarılan polip – potensial xərçəng riskini aradan qaldırır. Müntəzəm endoskopik nəzarət və müasir müalicə metodları ilə sağlamlığınızı qoruyun!