Qastroenterologiya

Qastroskopiya

Qastroskopiya — qida borusu, mədə və onikibarmaq bağırsağın daxili müayinəsi üçün istifadə olunan minimal invaziv endoskopik prosedurdur. Bu müayinə elastik, işıq və kamera ilə təchiz olunmuş fibroezofaqoqastroskop vasitəsilə həyata keçirilir və həkimə həzm sisteminin yuxarı hissəsini birbaşa vizual şəkildə qiymətləndirməyə imkan verir.

Qastroskopiya aşağıdakı hallarda tövsiyə olunur:

  • Disfagiya (qida udmaqda çətinlik)

  • Mədə-bağırsaq traktının yuxarı şöbələrindən qanaxma əlamətləri

  • Qida borusu və mədədə xora xəstəliklərinə şübhə

  • Polip və ya şiş ehtimalı

  • Qıcıq, yanğı, qəbizlik və ya mədə ağrısı kimi uzunmüddətli diskomfort

Prosedur zamanı endoskop vasitəsi ilə alınan görüntülər yüksək dəqiqliklə monitora ötürülür, bu da həkimə müxtəlif patologiyaları — iltihabi proseslər, xora, eroziyalar, poliplər və ya onkoloji dəyişiklikləri erkən mərhələdə aşkar etməyə şərait yaradır.

Müasir qastroskoplar sayəsində prosedur  zamanı  zədələnmə və diskomfort riski  minimumdur . Xəstənin istəyi və tibbi göstərişlərə uyğun olaraq, qastroskopiya:

  • Premedikasiya ilə ayıq vəziyyətdə və ya

  • Sedasiya altında (venadaxili dərmanla yüngül yuxu halında) həyata keçirilə bilər.

Əgər xəstənin prosedura əks göstərişləri yoxdursa, bu müayinə təcrübəli endoskopist həkim tərəfindən tam təhlükəsiz və effektiv şəkildə aparılır. Əlavə olaraq, zərurət yarandıqda biopsiya (toxuma nümunəsi götürülməsi) və ya terapevtik müdaxilələr (qanaxmanın dayandırılması, polipin çıxarılması və s.) də icra oluna bilər.

Bonum Medical klinikasında qastroskopiya müasir tibbi standartlara uyğun olaraq həyata keçirilir və pasiyentlərimizin rahatlığını təmin etmək üçün xüsusi şərait yaradılmışdır.