Lor

Haymor Boşluqlarının Punksiyası

Haymor boşluqları (maksillar sinuslar) üz skeletinin ən böyük və əhəmiyyətli sinuslarından biridir. Bu sinusların daxilində uzun müddət toplanan irin, maye və ya iltihabi ifrazat bəzi hallarda adi müalicə üsulları ilə bədəndən xaric edilə bilmir. Belə hallarda Haymor boşluqlarının punksiyası adlanan prosedur tətbiq edilir.

Punksiya — Haymor boşluğuna incə iynə və ya kanyula vasitəsilə daxil olaraq, orada toplanmış irinli və ya selikli ifrazatın çıxarılması və müalicəvi məhlulların sinus boşluğuna yeridilməsi prosedurudur. Bu üsul həm diaqnostik, həm də müalicəvi məqsədlərlə istifadə olunur.

Prosedur hansı hallarda aparılır?

  • Kəskin və ya xroniki maksillar sinusit

  • Medikal müalicəyə cavab verməyən Haymorit

  • Radioloji görüntülərdə sinusda irinli maye izlənməsi

  • Uzunmüddətli burun tıxanıqlığı, baş ağrısı, pis qoxulu burun axıntısı

  • Sinus daxili kist və ya qalın irin şübhəsi

Prosedur  necə aparılır?

  • Prosedur lokal anesteziya ilə burun boşluğu keyidildikdən sonra həyata keçirilir.

  • Üst dodağın içərisindən və ya burun boşluğunun yan divarından xüsusi kanyula vasitəsilə maksillar sinusun ön divarına giriş təmin olunur.

  • Maye və ya irin boşluqdan çıxarılır, lazım gələrsə antiseptik və antibiotik məhlulu ilə boşluq yuyulur.

  • Prosedur qısa müddət ərzində (10-15 dəq) başa çatır və əksər hallarda ambulator şəkildə icra edilir.

Prosedurun  əsas  üstünlükləri  odur  ki,əlamətlərin qısa müddətdə aradan qalxmasına səbəb olur. Çıxarılan maye laborator müayinə üçün istifadə edilə bilər. zamanında   müdaxilə   sinusit fəsadlarının, o cümlədən beyinə yayılma riskinin qarşısı alınır

  Prosedurdan sonra nə gözlənilir?

  • Əksər hallarda pasiyentlər prosedurdan sonra dərhal evə buraxılır

  • 1-2 gün ərzində burun axıntısı və yüngül diskomfort müşahidə edilə bilər

  • Həkim tərəfindən təyin edilən antibiotik və ya yuyucu məhlulların istifadəsi tövsiyə olunur


Bonum Medical Klinikası Haymor punksiyası daxil olmaqla LOR sahəsində ən müasir və təhlükəsiz üsulları təqdim edir. Klinikamızda prosedur uzun illərin təcrübəsinə malik peşəkar LOR mütəxəssisi tərəfindən steril və rahat ambulator şəraitdə aparılır. Bu üsulun bölgədə yüksək səviyyədə tətbiqi yalnız seçilmiş ixtisaslaşmış mərkəzlərdə mövcuddur.