Burun və Boğazdan Yad Cisimlərin Çıxarılması
Uşaqlarda və bəzən böyüklərdə burun və ya boğaz boşluğuna yad cisimlərin düşməsi tez-tez rast gəlinən vəziyyətdir. Bu hallar dərhal müdaxilə tələb edir, çünki yad cismin olduğu bölgədən asılı olaraq tənəffüs yollarının tutulması, infeksiya riski və ya toxuma zədələnməsi baş verə bilər.
Uşaqların oyun zamanı kiçik əşyaları buruna və ya ağzına salması,yemək zamanı təsadüfən sümük, oyuncaq hissəsi, mismar, sikkə kimi əşyaların udulması,diş, qida qırıntıları və ya metal hissəciklərin boğazda və ya burunda ilişməsi burun və boğaza yad cisim düşməsinin müxətlif səbəbləridir .
Əlamətlər:
Burunda yad cisim:
Tək tərəfli burun tutulması
Qoxulu burun axıntısı
Burun qanaması və ya narahatlıq hissi
Boğazda yad cisim:
Udqunma çətinliyi
Boğazda ağrı, batma hissi
Quru və ya qıcıqlandırıcı öskürək
Qidalanma zamanı ağrı və ya tənəffüs çətinliyi
Diaqnostika və müayinə:
Klinikamızda bu kimi halların dəqiq təyini üçün endoskopik müayinə sistemləri mövcuddur. Endoskopik görüntüləmə sayəsində yad cismin yeri, ölçüsü və ətraf toxumaya təsiri vizual olaraq qiymətləndirilir. Bu, müdaxilənin dəqiq və təhlükəsiz aparılmasına şərait yaradır.
Müdaxilə necə aparılır?
Yad cismin yerləşdiyi yer və pasiyentin yaşına görə çıxarılma üsulu fərqlənir:
Burun: Lokal anesteziya ilə xüsusi alətlərlə çıxarılır.
Boğaz və udlaq: Endoskopik nəzarətlə çıxarılır. Gərək olduqda qısa müddətli yuxu narkozu istifadə olunur.
Müdaxilə adətən qısa sürür və çox vaxt ambulator şəkildə həyata keçirilir.
Yad cisim uzun müddət burun və ya boğaz boşluğunda qaldıqda:
İltihab, irinli axıntı və toxuma nekrozu
Tənəffüs yollarında ciddi infeksiya
Xroniki sinusit və ya otit kimi fəsadlar baş verə bilər
Klinikamızda bu kimi halların müalicəsi təcrübəli LOR mütəxəssisi, endoskopik cihazlar və təhlükəsiz ambulator şəraitdə həyata keçirilir. Xüsusilə bölgə üzrə nadir olan tam təchizatlı diaqnostik baza sayəsində mürəkkəb halların belə operativ və effektiv həllinə imkan yaranır.