Lor

Boğazda Abses, Kista və Hematomanın Yarılması

Boğaz bölgəsində meydana gələn abseslər, kistalar və hematomalar, vaxtında müdaxilə edilmədikdə nəfəs yollarını təhdid edən ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bu halların dəqiq diaqnostikası və düzgün müalicə üsulu ilə aradan qaldırılması isə yalnız təcrübəli LOR mütəxəssisləri və müasir tibbi avadanlıqların mövcud olduğu klinikalarda mümkündür.

Boğaz Absesi Nədir?

Boğaz absesi – xüsusilə peritonzilyar (boğaz əti ətrafı), parafarengial və ya retrofarengial sahədə irinli toplanma ilə xarakterizə olunan vəziyyətdir. Adətən tonzillit, boğaz infeksiyaları və ya travmalar fonunda yaranır. Simptomlar bunlardır:

  • Udqunarkən və ya danışarkən şiddətli boğaz ağrısı

  • Ağızda pis qoxu

  • Boyunda və çənəaltında şişlik

  • Qızdırma və ümumi halsızlıq

Kistalar və Hematomalar:

  • Kistalar – selikli vəzilər, limfa düyünləri və ya tük folikullarından inkişaf edən, içi maye ilə dolu quruluşlardır.

  • Hematomalar – travmadan sonra damarların zədələnməsi nəticəsində toxuma daxilində qan yığılmasıdır.

Bu törəmələr əgər böyüyərsə, udqunma və tənəffüs çətinliyi, səs dəyişiklikləri, ağrı və ya vizual şişkinliklərə səbəb ola bilər.

Bonum Medical klinikasında bu hallar endoskopik nəzarət altında və steril cərrahi şəraitdə müalicə olunur:

  • İrinli abses və hematomalar: lokal və ya ümumi anesteziya altında yarılaraq (drenaj olunaraq) boşaldılır, iltihab təmizlənir və infeksiya əleyhinə müalicə başlanılır.

  • Kistalar: ölçüsündən, yerləşməsindən və səbəb olduğu şikayətlərdən asılı olaraq cərrahi yolla çıxarılır və histoloji analiz üçün göndərilir.

  • Əməliyyatdan sonra pasiyentə ağrıkəsicilər, antibiotiklər təyin olunur, bəzən daimi nəzarət üçün bir neçə gün klinik şəraitdə qalması tövsiyə olunur.