Kardiologiya

Exokardioqrafiya (EKO)

Exokardioqrafiya (EKO) – Ürəyin Ultrasəslə Dəyərləndirilməsi

Exokardioqrafiya (EKO) – ürəyin strukturlarını, funksiyasını və qan axınını ultrasəs dalğaları vasitəsilə qiymətləndirən müasir və tam təhlükəsiz bir diaqnostik üsuldur. Bu müayinə ilə ürək əzələsi, klapanlar, boşluqlar, perikard boşluğu və damarlar real zamanlı olaraq görüntülənir.

Klinikamızda Exokardioqrafiya Müayinəsinin Xüsusiyyətləri

Bonum Medical klinikasında Exokardioqrafiya Vivid E9 və Vivid E7 kimi bu sahədə dünyaca tanınmış GE Healthcare brendinin ən yüksək model cihazları ilə həyata keçirilir. Bu cihazlar vasitəsilə əldə olunan yüksək keyfiyyətli 2D və 3D görüntülər, diaqnozun daha dəqiq qoyulmasına imkan verir.

Cihazlarımız:

  • Yüksək rezolyusiyalı və dərinlikli görüntüləmə

  • Rəngli və spektral doppler funksiyası ilə qan axınının qiymətləndirilməsi

  • Hərəkətli strukturların izlənməsi və ürək klapanlarının funksional analizi

  • Ağciyər arteriyası, aorta və perikard boşluğunun detallı görüntülənməsi kimi üstünlüklərə malikdir.

Exokardioqrafiya Nə Zaman Təyin Olunur?

EKO müayinəsi bir sıra hallarda həkimlər tərəfindən tövsiyə olunur:

  • Ürək çatışmazlığı və ya ürək ritmi pozğunluğu şübhəsi olduqda

  • Klapan xəstəliklərinin diaqnostikasında

  • Miokard infarktından sonra ürək funksiyasının dəyərləndirilməsində

  • Hipertoniya və ya xroniki ağciyər xəstəliklərinin ürəyə təsirini qiymətləndirmək üçün

  • Perikard boşluğunda maye yığılması və ya ürəkdə doğuşdan gəlmə qüsurların araşdırılmasında

Uşaqlarda Exokardioqrafiya 

Uşaqlarda Exokardioqrafiya müayinəsi doğuşdan gəlmə ürək qüsurlarının və digər kardioloji problemlərin erkən aşkarlanması baxımından xüsusi əhəmiyyət daşıyır. Bonum Medical klinikasında bu müayinə uşaq anatomiyasına uyğun problar ,yüksək çözünürlüklü cihazlar və uşaq kardiologiyası üzrə təcrübəli mütəxəssislər tərəfindən icra olunur. Müayinə zamanı uşağın rahatlığı və qorxusuz şəraiti təmin edilir, nəticələr isə valideynlərə ətraflı və aydın şəkildə izah olunur.


Müayinə Necə İcra Olunur?

Prosedur adətən çarpayıda uzanmış vəziyyətdə aparılır. Sinə nahiyəsinə gel çəkilərək, xüsusi problarla görüntülər alınır. Müayinə tamamilə ağrısız və təhlükəsizdir, radiasiya istifadə olunmur. Prosedur təxminən 15–30 dəqiqə davam edir.

Əgər sizdə ürəkdən narahatlıqlar, təngnəfəslik, sinə ağrısı, ya da sadəcə profilaktik qiymətləndirmə ehtiyacı varsa, Bonum Medical Klinikasında Exokardioqrafiya müayinəsi sizin üçün düzgün addımdır. Biz sizə sağlam ürək üçün dəqiq diaqnostika və peşəkar yanaşma təqdim edirik.