Ginekologiya

Histeroskopik Prosedurlar

Histeroskopiya müasir ginekologiyada həm diaqnostik, həm də müalicə məqsədilə geniş tətbiq olunan minimal invaziv üsuldur. Bu metod uşaqlıq daxilini (endometrium) birbaşa görməyə və ehtiyac olduqda eyni seansda müdaxilə etməyə imkan verir. Bonum Medical klinikasında bu prosedur peşəkar həkimlər və yüksək texnoloji avadanlıqlar vasitəsilə həyata keçirilir.

Histeroskopik prosedurlar menstrual nizamsızlıqların səbəblərinin araşdırılmasıuşaqlıq daxili poliplərin, miyomların çıxarılmasısonsuzluq səbəblərinin öyrənilməsiabort sonrası qalıq toxumaların təmizlənməsi və təkrar düşüklərin araşdırılması kimi hallarda tətbiq olunur. Bu üsul həm də əvvəlki ultrasəs müayinələrində aşkarlanan anomaliyaların daha aydın şəkildə təhlilinə və dəqiqləşdirilməsinə xidmət edir.

Histeroskopiya proseduru steril əməliyyatxana şəraitində, adətən qısa müddətli anesteziya altında aparılır. Cihazın ucu incə və elastik olduğundan uşaqlıq boynundan uşaqlıq boşluğuna travma yaratmadan daxil olur. Endoskopik kamera vasitəsilə uşaqlıq daxili boşluq real zamanlı izlənilir və hər hansı patoloji dəyişiklik müşahidə edilərsə, eyni anda müdaxilə edilir. Bu, pasiyentin əlavə əməliyyatlardan azad olması və prosedurun effektliyini artırır.

Histeroskopiyanın ən böyük üstünlüklərindən biri, kəsiksiz və qanaxmasız olmasıdır. Pasiyent əməliyyatdan bir neçə saat sonra evə buraxılır və adətən bir neçə gün ərzində normal həyatına qayıda bilir. Əldə edilən görüntülər arxivləşdirilərək, ginekoloji problemlərin dinamik izlənməsi və müalicə planlaması üçün istifadə edilir.

Bonum Medical fərqi

Bonum Medical klinikasında histeroskopik prosedurlar ən müasir cihazlarlasteril və komfortlu əməliyyatxana şəraitində icra olunur. Bakıdan dəvət olunan ixtisaslı ginekoloqların iştirakıpeşəkar anesteziya dəstəyi və individuala uyğunlaşdırılmış yanaşma prosedurun uğurlu və pasiyent üçün minimum narahatlıqla keçməsini təmin edir.

Sevinc Sənəliyeva

Sevinc Sənəliyeva

Həkim